Kamil Musəvi əməliyyat olundu
    • 20-09-2019, 00:09
    • 1 303

Kamil Musəvi əməliyyat olundu

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi əməliyyat olunub.
News24.az xəbər verir ki, riskli və ağır əməliyyat keçirən Musəvinin əməliyyatdan sonrakı fotolarını yaxınları sosial şəbəkədə paylaşıblar.
Məlumata görə, əməliyyat uğurlu keçib və o, hazırda özünü yaxşı hiss edir. K.Musəvinin sabah palataya köçürüləcəyi bildirilir.
Qeyd edim ki, əməliyyatın xərclərini Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.