-
- 20-09-2019, 23:12
- 970
Bakıda qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacağam"
Bakıda külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nərminə Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nərminə Əfəndiyeva "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyən İlhamə Umbayevadan bir neçə dəfə qızıl əşyaları alıb.
Daha sonra etibar qazanaraq nisyə bahalı qızıllar alıb və onu imkanlı şəxslərə sataraq pulunu verəcəyini bildirib. Nərminə Əfəndiyeva həmin qızılları lombarda qoyaraq pul götürüb.
Pulu ödəyə bilmədiyi üçün "Lombard" girov qoyulan qızılları öz hesabına keçirib.
Bundan sonra zərərçəkmiş İlhamə Umbayeva hüquq-mühafizə orqanlarına şikayət edib. Bildirib ki, Nərminə imkanlı şəxslərə satmaq adı ilə ondan bahalı qızıllar alıb.
İstintaq orqanı tərəfindən Nərminə Əfəndiyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törərətmək) maddəsi ilə ittiham elan edilib.