Bakıda qadına qarşı DƏLƏDUZLUQ - 2000 manatı OĞURLANDI
    • 21-09-2019, 12:37
    • 861

Bakıda qadına qarşı DƏLƏDUZLUQ - 2000 manatı OĞURLANDI

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əliyeva avqustun 28-də çantasından içərisində 2000 manat və 2 ədəd bankomat kartı olan pulqabısının oğurlandığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb
Faktla bağlı araşdırma aparılır.