Bakıda qadını SOYDULAR
    • 17-05-2019, 11:10
    • 928

Bakıda qadını SOYDULAR

Qadının çantasından oğurluq edən şəxslər “isti izlər”lə saxlanılıb.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum olunmuş Emil Məmmədov olduqları müəyyən edilib. 

29-cu Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.