“Xəzəri qoruyaq” adlı təmizlik aksiyası - FOTO
    • 21-09-2019, 13:27
    • 782

“Xəzəri qoruyaq” adlı təmizlik aksiyası - FOTO

Bu gün Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib.

News24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN” xidmət, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Yüzlərlə iştirakçının qoşulduğu bu ilki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə  yönələn ən irimiqyaslı aksiyadır.

Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 9 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.