-
- 25-09-2019, 15:55
- 889
"Təbiəti özümüz bu günə qoyuruq" - Nazirlik rəsmisi
"Çimərlik mövsümü başlayandan təkcə Buzovna çimərliyi ərazisində IDEA İctimai Birliyi, YAP, Vəkillər Kollegiyası və bir çox təşkilatlarla birgə dəfələrlə təmizlik aksiyaları keçirmişik və ərazi tullantılardan təmizlənib".
News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, ötən illərə nisbətən bu aksiyalara daha çox təşkilat və könüllü qoşulub: "Tğəsəvvür edin, eyni ərazi may, avqust, sentyabr aylarında tullantılardan təmizlənib. Lakin hər dəfə aksiyalar zamanı eyni ərazidə daha çox tullantının toplandığının şahidi olmuşuq. Yəni zibil azalmır ki, azalmır. Niyə, nə vaxtadək? Yəqin ki yanaşmamız dəyişənədək.
Yəqin hər kəs mənimlə razılaşar ki, özümüz təbiəti bu günə qoyuruq. Evimizin içindəki zibili çıxarıb, evimizin kandarına atırıq, ətrafı çirkləndiririk. Görəsən, niyə biz özümüz özümüzə bu qədər biganəyik, niyə təbiətimizə laqeyidik?Təbiətimizə münasibətimiz dəyişmədikcə istirahət etdiyimiz ərazilər də daxil, ayağımızın dəydiyi hər yerdə ürək açmayan mənzərənin, tullantıların şahidi olacağıq. Təəssüf yaradan da odur ki, bu haqda davamlı olaraq danışılır, yazılır, təbliğat aparılır, örnək üçün təmizlik aksiyaları keçirilir. Amma yenə də öz ətrafımıza, dənizə, meşəyə biganəlik, tullantıların hara gəldi atılması davam edir. İstirahət etdiyimiz əraziləri niyə bu günə salırıq? Nə vaxta qədər belə yanaşma olacaq? Qoruyub saxlamağa borclu olduğumuzu ya unuduruq, ya da heç məhəl qoymadan, sabahı fikirləşmədən həyatımıza davam edirik.
Hər birimiz məsuliyyət daşıyırıq. Bunun üçün hər kəs özündən başlamalıdır. Bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etməyək, hamılıqla məsələnin ciddiliyini başa düşək və əməli nümunə göstərək. Düzdür, bu, tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı da var. Onların da bu məsələlərə diqqət yetirməsi olduqca vacibdir. Belə olsa nəticə daha tez əldə ediləcək və hamımızın daha təmiz ətraf mühitdə yaşamasına birgə nail olacağıq və təmizlik aksiyalarının keçirilməsinə də ehtiyac qalmayacaq".
Afaq Mirayiq