Öz ölümü üçün fərman imzalamış Çin imperatoru
    • 21-09-2019, 18:26
    • 989

Öz ölümü üçün fərman imzalamış Çin imperatoru

Alimlər aydınlaşdırıblar ki, Çinin ilk imperatoru Sin Şixuandi əbədi yaşamaq istəyirmiş və öz təbəələrinə ölümsüzlük iksiri tapmağı əmr edibmiş.
News24.az xəbər verir ki, Sinxua agentliyi bu yaxınlarda tapılmış sənədlərə əsasən belə məlumat yayıb.
Xunan əyalətində aparılan qazıntılar zamanı əbədi cavanlıq üçün "dərman" ixtirası ilə əlaqədar bir sıra qədim sənədlər və 48 əşya aşkar edilib. Həmin tapıntılar ölümsüzlük içkisi yaradılması haqqında imperatorun fərmanının hətta ucqar əyalət və kəndlərə də gedib çıxdığını göstərir.
Əvvəllər də arxeoloqlar bu böyük fatehin ölməzlik arzusunu təsdiqləyən sübutlar tapmışdılar. Güman olunur ki, imperator öz ömrünü uzatmaq üçün kinovardan (və ya civə sulfidi) istifadə edib. Ehtimal ki, məhz elə buna görə də o, 49 yaşında həyatını itirib.