Telman İsmayılov erməni əsilli müğənniyə Milyonlar xərcləyib - İDDİA
    • 21-09-2019, 21:32
    • 945

Telman İsmayılov erməni əsilli müğənniyə Milyonlar xərcləyib - İDDİA

Azərbaycanlı milyarder Telman İsmayılovun Rusiya şou-biznesində parlamasına yaxından kömək etdiyi Avraam Russonun erməni milliyətindən olduğu üzə çıxıb.


News24.az xəbər verir ki, Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçi barədə onu "raskrutka" edən İsoif Prixoji danışıb.
“Bu gün Avraam Russo onun kim olduğu, həqiqi soyadını və hansı millətə sahib olduğunu deməz.  Əgər mən və Telman olmasaydı, Avraam Russo kim idi ki?! O, Suriyanın Hələb şəhərindən olan bir ermənidir. Adı Abraxam Janoviç İpcandır. Telman onu  Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib".
O, əlavə edib ki, Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub  və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. “Telman İsmayılov onun kliplərinə ağlagəlməz miqdarda pullar xərclədi. Qısa müdətdə onu Rusiya şou-biznesinə təqdim etdi. Onun konsertlərində  Rusiyanın mədəniyyət, incəsənət, siyasi elitasının nümayəndələrinin iştirakını təmin etdi. Konsertlərinə xeyli vəsait xərclədi”.
Onu da qeyd edək ki, özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, Telmandan üz döndərdi və dönük çıxdı.  O, Telmanı ittiham edərək, qul kim istifadə etməkdə təqsirləndirdi. Avraam Russo 1969-cu ildə Hələbdə dünyaya gəlib. 16 yaşından etibarən kafe və restoranlarda oxumağa başlayıb.
Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar.
/Ölkə.az/