Fuad Qəhrəmanlı etiraf etdi: Atdığım nəlbəki qızımın ayağına dəydi
    • 22-09-2019, 12:19
    • 808

Fuad Qəhrəmanlı etiraf etdi: Atdığım nəlbəki qızımın ayağına dəydi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlını növbəti dəfə ailəsində baş verənlərə münasibət bildirib.

News24.az xəbər verir ki, o, bu barədə şəxsi feysbuk hesabında yazıb.

Qəhrəmanlı son dəfə bəzi məsələlərə aydınlıq gətirərək, bu mövzunu bağladığını bildirib:

"Belə bir vəziyyətdə mənə irad tutulur ki, niyə qızım Selcanın yazısına ilk reaksiya verərkən onun profilinin oğurlandığını demişəm? Selcanın bu məlum yazısını görəndə bir ata kimi şok oldum. Deyə gülə, ailəlikcə sevgi ilə xaricə yola saldığım Selcandan belə bir yazı gözləmədiyimdən və onunla heç cür əlaqə saxlaya bilmədiyimdən bu qənaətə gəldim ki, yəqin profili oğurlanıb. Selcanın bu yazsına səbəb, onun Əli Kərimlinin qadın hüquqları ilə bağlı tədbirdə iştirakına dair bir statusun

altında istehza xarakterli rəy yazmasına etiraz edib silməsini istəməyim olub. Bu rəyi sildikdən sonra, o mənim təkidimə məlum yazı ilə reaksiya verib.

Bu mövzuda yazanların bəziləri məqsədli şəkildə mənim " ujas" filmlərindəki kimi amansız, sümük qıranqana susamış obrazımı yaratmağa çalışırlar. Əslində, bu ifadənin meydana çıxmasına səbəb 5 il öncə mübahisə zamanı, stolun üstündəki nəlbəkini atmağım olub. Bu zaman tam təsadüfən nəlbəki balaca qızımın ayağına dəydi. Buna görə mən çox peşiman oldum və bu olaya görə çox üzüldüm. Ümumiyyətlə, nəinki döymək, heç vaxt övladlarıma çırtma da vurmamışam.

Digər bir tərəfdən mən bildirmişəm ki, Selcanın məlum yazısına baxmayaraq, mənim övladlarıma münasibətim dəyişməz olaraq qalacaq. Ancaq nə baş verir, bir dəstə adam sanki Bastiliyanı alırmış kimi dur demədən üstümə hücum çəkməklə məşğuldur. Niyə ata ilə övlad arasındakı bir anlaşmazlığı belə şövqlə dərinləşdirir, ölkənin əsas problemi kimi təqdim etməyə çalışırsınız. Selcanamı acıyırsınız?

Qətiyyən, o zaman cavab verin, niyə ötən il qəbul olunduğu ali məktəbə getməyə pul tapa bilməyəndə, atası siyasi məhbus olan imkansız bir uşağın təhsil almasına indiki kimi yardım etmirdiniz? Niyə belə bir intellektli qız üçün keçirilən yardım kampaniyasına ən azı çağırışlar yazaraq dəstək olmadınız. Selcan sizlərin etinasızlığı üzündən ortada tək qaldı. Ancaq bu gün olduğu kimi, sabah da onun qayğılarında, problemlərinin həllində yanında olacaq atası ilə arasına girərək həm də ona qarşı pislik etdiyinizin fərqində deyilsinizmi? Sizi Selcanın taleyi yox, mənə, mənsub olduğum təşkilata, onun liderinə qarşı kin küdurət birləşdirir və hərəkətə gətirir".