USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 23°C
  • ŞUŞA 24°C
  • GƏNCƏ 27°C
  • LƏNKƏRAN 28°C
  • ŞƏKİ 28°C
  • QUBA 17°C
  • NAXÇIVAN 27°C

Bu ərazilərdə QAZ OLMAYACAQ

SOSİAL

Mətn ölçüsü

Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək “Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq. Bundan başqa “Qaz İxrac” İdarəsi sentyabrın 23-də səhər saatlarından bir sıra təmir işləri planlaşdırır.

Bununla bağlı olaraq saat 09:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsində bir qrup abonentin, saat 10:00-dan etibarən işlər başa çatanadək isə “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz fasilələrlə veriləcək.

Xəbəri paylaş: