-
- 23-09-2019, 12:16
- 970
Dövlət Məşğulluq Xidmətindən vətəndaşlara SƏYYAR XİDMƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlar üçün səyyar xidmət davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, artıq 6 rayonda səyyar xidmət həyata keçirilib. Belə ki, Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarında məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlara özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatı aparılıb.
Tədbirdə rayon İcra Hakimiyyətlərinin nümayəndələri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak edib.
Səyyar xidmət zamanı vətəndaşların sualları cavablandırılıb, onlara özünüməşğulluq layihəsinin əhəmiyyəti, müraciət qaydaları izah edilib. Həmçinin əmək bazarında tələbat olan və peşə hazırlığı kurslarında tədris olunan peşələrlə bağlı məlumat verilib.