Dövlət Məşğulluq Xidməti “Karyera sərgisi”ndə iştirak edib - FOTO
    • 21-02-2019, 11:50
    • 1 081

Dövlət Məşğulluq Xidməti “Karyera sərgisi”ndə iştirak edib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib. 

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən News24.az-a verilən məlumata görə, sərgi tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması, əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb. 
Ümumilikdə, 50-dən cox iri şirkət və müəssisənin iştirak etdiyi tədbirdə tələbə və məzunlar əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə məlumatlandırıblar. İşəgötürənlərin nümayəndələri tələbə və məzunlardan CV qəbul ediblər.
Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib. 

Nigar MƏMMƏDLİ