-
- 18-08-2018, 12:16
- 665
Bu ölkədə maaşları 60 dəfə artırdılar
Dövlət başçısının sözlərinə görə, avqustun 20-də dövriyyəyə daxil edildikdən sonra, Petro kriptovalyutasının bir vahidi 60 dollar yaxud 3,6 min denominasiya olunmuş bolivara bərabər olacaq.
Bu zaman minimum əməkhaqqı kriptoqəpiyin yarısına, yəni, 1,8 min bolivara bərabər olacaq (30 dollar).
Bununla yanaşı, ölkədə ƏDV 12 faizdən 16 faizədək artacaq.
Qeyd edək ki, planlaşdırılan denominasiyadan sonra Venesuela milli valyutası beş sıfırdan məhrum olacaq. Maduro iddia edir ki, bu tədbirlər hiperinflyasiyadan əziyyət çəkən dövlətin pul-kredit və maliyyə həyatını kəskin sabitləşdirməyə imkan verəcək.
Karakas Petro kriptovalyutasının reallaşdırılmasına fevralın 20-də başlayıb. Ümumilikdə 100 milyon vahid kriptovalyuta buraxılması nəzərdə tutulur. 1 petronun dəyəri təxminən Venesuela neftinin 2018-ci il yanvarın ortalarına olan qiymətinə bərabər tutulub.
2014-cü ildə neftin qiymətlərinin kəskin düşməsindən sonra Venesuelada iqtisadi böhran başlayıb. Böhran fonunda ölkədə kütləvi etiraz aksiyaları keçirilir, maqazinlərdə bütün mallar üzrə çatışmazlıq hökm sürür.
//Oxu. Az