"Öyrənmək əvəzinə çəmkirib qışqırırlar" : Flora Kərimova
    • 23-09-2019, 21:07
    • 734

"Öyrənmək əvəzinə çəmkirib qışqırırlar" : Flora Kərimova

"Səhnə bu gün intellektual, mədəniyyətli səslərə möhtacdır. İndikilər haraya sovrulub gedirlər?"
News24.az xəbər verir ki, bu fikirləri Xalq artisti Flora Kərimova açıqlamasında bildirib.
"Öyrənmək istəmirlər. Söz deyəndə də çəmkirib qışqırırlar. Mən təəccüb edirəm. Keçən dəfə Aygün Bəylərə çəkilişdə idik. Bilirsiniz, Aygün xanım çox mərd biridir. Deyir ki, bizim nə ixtiyarımız var idi ki, sənəti sənətimizdən  yüksək olan birinin yanında səsimizi çıxaraydıq. Amma indi görürsən ki, o mədəniyyət itir",- deyə F.Kərimova bildirib.