Sərnişin avtobusu “Toyota”ya çırpılıb -FOTO
    • 23-09-2019, 21:39
    • 1 210

Sərnişin avtobusu “Toyota”ya çırpılıb -FOTO

Hacıqabulda sərnişin avtobusu qəza törədib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qazaxdan Bakıya gedən sərnişin avtobusu qarşısında hərəkətdə olan "Toyota” markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişin ağır xəsarət alıb.  
Faktla bağlı araşdırma aparılır.