Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.
News24.az xəbər verir ki, sonuncu oyun günündə lider "Qarabağ" "Zirə"nin qonağı olub və 3:1 hesablı qələbə qazanıb.
Beləliklə, Ağdam klubu ölkə çempionatında ardıcıl 5-cı qələbəsini qazanıb və xalını 15-ə çatdırıb.
"Zirə" - "Qarabağ" oyunundan (1:3) videoicmalı təqdim edirik.