“Neftçi” - “Qarabağ” dueli baş tutdu 0:0
    • 2-11-2019, 00:28
    • 786

“Neftçi” - “Qarabağ” dueli baş tutdu 0:0

Noyabrın 1-də Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
News24.az xəbər verir ki, həftənin açılış oyununda ikinci sıradakı “Neftçi” lider “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”da baş tutan matçda hesab açılmayıb.
Bu nəticədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib. Paytaxt komandası isə xalını 18-ə yüksəldib.
Qeyd edək ki, tur sabah keçiriləcək “Səbail” – “Keşlə” görüşü ilə davam edəcək. Bazar günü isə “Zirə” – “Sumqayıt” və “Qəbələ” – “Sabah” duelləri olacaq.