-
- 9-03-2019, 18:25
- 1 445
Azərbaycan Premyer Liqası: "Keşlə" "Sabah"ı böyük hesabla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
News24.Az "Report"-a istinadən xəbər verir ki, açılış matçında "Keşlə" "ASK Areana"da "Sabah"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk iki qolu "Keşlə"nin legioneri Conatan Ayite vurub. Fransalı hücumçu 26 və 47-ci dəqiqələrdə fərqlənib. 66-cı dəqiqədə isə Cabir Əmirli yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Keşlə" xallarının sayını 19-a çatdırıb. "Sabah"ın isə 21 xalı var.
Qeyd edək ki, günün digər oyununda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq. Tura sabah keçiriləcək "Qəbələ" - "Səbail" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.