Neqativ emosiyalarla mübarizə aparmaq əvəzinə, onlara düzgün yanaşmaq lazımdır
    • 24-09-2019, 01:28
    • 810

Neqativ emosiyalarla mübarizə aparmaq əvəzinə, onlara düzgün yanaşmaq lazımdır

Alimlər yaranan neqativ emosiyaları qəbul etməklə onları azaltmağın mümkün olduğunu bildiriblər. Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar 1300 könüllü arasında aparılıb.
News24.az Medikforum.ru saytına istinadla xəbər verir ki, tədqiqatçıların rəyinə görə, neqativ emosiyalarla mübarizə aparmaq əvəzinə, onlara düzgün yanaşmaq lazımdır. Onların fikrincə özlərinin mənfi tərəflərini qəbul etməyən və depressiya kimi neqativ hissləri sərt qiymətləndirən şəxslər stressə daha çox məruz qalırlar. Lakin araşdırmaların nəticəsində o da məlum olub ki, həyatın mənfi tərəflərini görən, məyusluq və mənəvi yorğunluq kimi hisslərin olduğunu qəbul edənlər stress vəziyyətindən daha tez çıxırlar.
Eksperimentin əsası seçilmiş 200 nəfər arasında keçirilib. Tapşırığa görə iştirakçılar müəyyən vaxt ərzində həyatlarında baş vermiş psixoloji baxımdan ən ağır təcrübə ilə bölüşüblər. Eksperimentin sonunda məlum olub ki, neqativ emosiyalardan qaçmağa çalışanlar digərlərinə nisbətən daha çox psixi pozğunluq simptomları nümayiş etdirirlər.
Kaliforniya Universitetinin mütəxəssisləri bu sahədə üç müstəqil eksperiment keçiriblər. Hər üç araşdırmanın nəticələri bir daha təsdiq edib ki, neqativin qəbul edilməməsi, mənfi qarşılanması stresslə yanaşı psixi sağlamlığın pozulmasına da səbəb olur.