-
- 16-05-2019, 21:49
- 1 956
Çingiz Mustafayev müraciət etdi: "Öz həmvətənlinizə neqativ şərhləri necə yazırsınız?"
"Mənə dəstək olun. Mənim sizin dəstəyinizə ehtiyacım var. Heç zaman bu cür böyük maştablı müsabiqədə çıxış etməmişəm".
Bu sözləri News24.az-a açıqlamasında bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin II yarımfinalında ölkəmizi təmsil edən Çingiz Mustafayev deyib. O, yarımfinal öncəsi həyəcanlı olduğunu bildirib.
Təmsilçimiz finala keçmək və qalib olmaq üçün var-gücüylə çalışdığını deyib: "Qalibiyyət əldə edib, finala keçmək üçün var gücümlə çalışıram. Bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm, lakin heç vaxt bu qədər həyəcan keçirməmişəm. Bu səhnədə qəribə həyəcan var. Düşünürəm ki, məhz bu həyəcan məni qalibiyyətə aparacaq".
Ç.Mustafayev həmçinin sosial şəbəkələrdə ona yazılan mənfi fikirlərdən də söz açıb: "Bir ölkənin vətəndaşı təmsilçisi üçün niyə bu qədər neqativ şərhlər yazır? Bunların hamısı mənə mənfi təsir edir. Əksinə siz mənə dəstək olun. İyirmi səkkiz yaşım var və heç vaxt instagrama və ya digər sosial şəbəkələrə daxil olanda kiməsə mənfi fikir yazmaq ağlıma belə gəlməyib. Bunu necə bacarırsınız? Xahiş edirəm bunu etməyin. Azərbaycan xalqının qarşısında söz verirəm ki, bu gün uğurlu çıxış edəcəyəm".