-
- 24-09-2019, 16:45
- 1 906
“Nazirliyin işinə qarışmıram, amma elə qarışaram ki...”- ƏDALƏT ŞÜKÜROV - MÜSAHİBƏ - VİDEO - FOTO
Azərbaycanın Əməkdar, Dağıstanın isə Xalq artisti Ədalət Şükürov News24.az-a müsahibə verib.
Yaradıcılığından, ailəsindən, var-dövlətindən danışan Şükürov maraqlı açıqlamar verib:
- Xoş gördük, Ədalət müəllim, necəsiniz?
- Çox sağ olun, yaxşıyam, allaha şükür.
- Sənətçiyə hər zaman ilk növbədə sənətindən sual verərlər. Yaradıcılığınızda hansı yenilikləriniz var?
- Rus dilində yeni mahnımız var. Daha sonra yeni aranjemanda türk dilində üç yeni mahnı yazdırmışıq. Bu mahnını 16 il öncə oxumuşdum, onu yenidən yada saldım. “Dedin yox” adlanan bu mahnını o vaxt mən gitarada, mayestro Ceyhun isə skripkada ifa etmişik. Sonra 2015-ci ildə Serdar Ortac həmin mahnını məndən istədi, mən də ona təmənnasız şəkildə bağışladım.
- İllərlə Rusiyada yaşamısınız, amma elə ilk gündən Azərbaycanda sevildiniz. Bunun sirri nədədir?
- 1995-ci ildən mahnılarım burada dinlənilirdi. 2000-ci ildə isə mən Azərbaycana gəldim. Çox çətin illər idi. Hiss edirdim ki, bəzi müğənnilər məni istəmirdilər. Bir çox problemlər yaşandı, hətta bir ara burdan getmək istəyirdim. Sağ olsun, qocaman sənətkarlar məni fikirimdən daşındırdılar. İzah elədilər ki, belə olmaz, hər şey düzələcək. Sonra özümü buranın mühitinə alışdırmağa çalışdım. O, zamanlar azərbaycan dillində çox pis danışırdım. Bütün mahnıları tərcümə edib, sonra oxuyurdum. Öz üzərimdə ciddi işlədim..
- Dediniz ki, həmkarlarınız sizə dəstək oldular. Onlar kimlər idi?
- Rühəngiz Allahverdiyeva, dostum, qardaşım Ağadadaş Ağayev və Niyaməddin Musayev. Arxa-dayaq oldular. Heç vaxt bunu unutmaram
- Nə əcəb Rusiya şou-biznesində özünüzü sınamadınız?
- O vaxtlar oranın şou-biznesinə qatılmaq çox çətin idi. Onların mentaliteti bizimkindən çox fərqlənir. Gedib hansısa ölkədə populyar olmaq çətin problemdir. Məsələn, bizim bəzi müğənnilərimiz can atırlar ki, Türkiyədə məşhurluq qazansınlar. Türklər isə bizə baxıb gülürlər. Deyirlər ki, siz niyə bura maraq göstərirsiz? Əksinə, onlar bizim toylarımızda, şənliklərimizdə oxumaq üçün dəvət gözləyirlər. İndi isə Rusiyada vəziyyət bir az başqa cürdür. Gənc reperlərimiz orda kifayət qədər məşhurdular. İfaçıların koordinatoru reper Baxtidir, onun rəhbəri isə Xalq artisti Emin Ağalarovdur. Mən ilk növbədə hər yerdə “azərbaycanlıyam” dediyinə və nəhəng şirkət yaradıb cavan sənətçilərimizə dəstək verdiyinə görə təşəkkür elədim. Sağ olsun, böyük iş görür. Əvvəllər də Rusiyada bir çox oliqarxlar müğənnilərə dəstək olublar. Biri elə Ayzenşpisin məşhur elədiyi sənətçilər. O, azərbaycanlıların vəsaiti ilə bir çox ifaçılara dəstək olub. Amma onlar naxələf çıxdılar, gedib Qarabağda konsert verdilər.
Deməyim odur ki, yaxşı iş adamlarımız var, təki onların zəhməti daha sonra unudulmasın.
“Ədalət, heç demə, sən mahnı da oxuya bilirmişsən”
- Bəs o oliqarxlar Ədalət Şükürova da dəstək olublar?
- Xeyr. Heç kim mənə maddi dəstək olmayıb. Çünki nəinki Rusiyada, bir çox ölkələrdə mənim nüfuzum, hörmətim var. Eyni zamanda imkanlı dostlarım da var. Onlar hər zaman mənə deyirlər gəl, oxu, biz sənə pul verək. Yəni dost məclisində dəfələrlə pul təklif ediblər. Amma mən götürməmişəm. Demişəm, madam pul dəstək vermək istəyirsiz, məclisinizə çağırın, oxuyum, zəhmət haqqımı alım. İlk vaxtlar kasetlərimi paylayırdım, satırdım. Bəziləri almırdı, kasetlərimi niyə satdığımı anlamırdılar. Mən bunu pul əldə etmək üçün yox, özümü yoxlamaq, bu məsləyi bacarıb-bacarmadığıma əmin olmaq üçün eləyirdim. Beləcə, Azərbaycanda tanınandım. Sonralar çoxlu zənglər gəlməyə başladı deyirdilər ki, Ədalət, heç demə, sən mahnı da oxuya bilirmişsən... Mən də onlara dedim ki, vaxtında kasetimi alsaydınız, mənimçün bu, miliyonlara bərabər olardı. Amma indi mənə dəstək olmaq istəyirsinizsə, buna ehtiyac yoxdur. Vaxtında etmək lazım idi...
“Rövşən Lənkəranskinin dayısı ilə...”
- Müsahibələrinizin birində demisiz ki, kriminal aləmin üzvləri ilə dostluq edirsiniz, məclislərinə qatılırsınız. Rövşən Lənkəranski ilə necə, əlaqələriniz olubmu?
-Dostlarımın arasında nazir də, sənətçi də, deputat da var. Yəni hər təbəqəyə uyğun insanlarla dostluq etməyi bacarmışam. O ki, qaldı Rövşənə, yox, məclislərində iştirak etməmişəm. Onun dayısı ilə dostluğum olub. Bir-birimizi Sankt –Peterburqda tanımışıq. Dost olaraq da qalacağıq. Düzdür, bir çox dostlarım cəzaçəkmə müəssəsində olublar, onların yanına getmişəm. Və məncə, bu normal haldır. Onları yaddan çıxartmamışam. Amma Rövşənlə sıx münasibətimiz olmayıb, yalnız yasında iştirak etmişəm. Düşünürəm ki, buna ixtiyarım çatırdı.
- Onlarla dostluq etmək, sizcə, “prestijdir” yoxsa əksinə?
- Elə dostlarım var ki, onları uzun illər əvvəl tanımışam. Mən onları tanıyanda indiki kimi vəzifədə deyildilər, tanınmırdılar. Bilmirdim ki, illər keçəndən sonra onlardan hansısa nazir olacaq, yaxud varlı, imkanlı biri kimi tanınacaq və ya cəzaçəkmə müəssəsinə düşəcək. Mən sadəcə onlarla dostluq etmişəm. Heç onların da ağlına gəlməzdi ki, nə vaxtsa Ədalət Şükürov məşhur olacaq. Əgər bilsəm ki, kimsə mənimlə məşhur olduğum üçün dostluq, yaxınlıq edir, həmin dəqiqə onu həyatımdan çıxararam, əlaqələri kəsərəm.
“Məni qalmaqala çəkmək istəyənlər...”
- Adınızı nadir hallarda qalmaqallarda çəkilir. Həmkarlarınızdan sizə “qalmaqal təklif edən” olmayıb?
- Düzdür, belə təklif almamışam. Amma məni qalmaqala çəkmək istəyənlər olub. Çalışmışam həmin sənətçiylə danışıb, məsələni həll edim. Çoxu elə düşünür ki, qalmaqalla nəsə qazanmaq olur, amma elə deyil. İki müğənni bir yerdə oturub, danışırlar ki, gəl, sabah səni söyum, sən də çıx, efirdən mənə cavab ver, böyük qalmaqal yaransın. Daha düşünmürlər ki, insanlar hər şeyi görür, nəyin süni, nəyin gerçək olduğunu anlayır. Sabah onların da hansısa məclisi olanda həmin süni qalmaqal edəni dəvət etməyəcək. Çünki hamı tədbirində, məclisində qalmaqalsız, mədəni, tərbiyəli, əsl kişi və əsl xanımın iştirak etməsini istəyir.
- Deyirlər, ölkə başçısının və məmurların ailə məclislərində iştirak edirsiniz. Sizi həmkarlarınızdan fərqləndirirlər...
- Hər zaman şəxsi tədbirlərinə dəvət edirlər. Biri var dövlət, biri də var ailə məclisi. Bu, çox ciddi məsələdir. Mən, Eyyub Yaqubov, Zülfiyyə Xanbabayeva belə məclislərdə çox iştirak etmişik. Hər kəsin zövqü fərqlidir. İfa elədiyim repertuar xoşlarına gəlirsə, nə gözəl, sağ olsunlar.
“50 il keçəcək, baxıb utana bilərsən”
- Mahnılarınız daim aktualdır. Buna səbəb nədir?
- Fəxr edirəm ki, 1995-ci ildən oxuduğum mahnılarım sevildi və indi də gündəmdədir. Əminəm ki, 30 il keçsə də, mahnılarım populyar olacaq. Dinləyici öncə musiqiyə, daha sonra isə sözə diqqət eləyir. Təəsüüf ki, bu belədir. Daim çalışmışam ki, mahnı yazanda peşəkar adamlara müraciət edim. Ən çox tanınan mahnılarımın müəllifi mənəm. Elə mahnım olub ki, sözlərini yazmışam, daha sonra isə filioloq Anar Məmmədov müdaxilələr edib. O, hər zaman deyir ki, Ədalət, yazdığın bütün mahnılara cavabdehəm. 50 il də, keçsə heç bir şair deyə bilməz ki, burada problem var. Məsələn ,“Qoca Çınar” mahnısı çox faciəvidir. İnsanlar bir neçə dəfə dinləyəndən sonra mahiyyətini anlayır. Daha sonra “İtirdim” mahnısı. O, əslində lirik mahnıdır. Bir insanla mərc etmişdim, demişdim elə edəcəm ki, bu mahnıyla hər kəs oynayacaq. Heç kim inanmadı, amma elə də oldu. Bir dəfə qulaq asanda başa düşmmək olmur, amma ikinci, üçüncü, dördüncü dəfədə dərk edirsən ki, itkiyə rəqs edirsən. Oturub fikirləşirsən ki, burda söhbət itkidən gedir, bunlar niyə oynayır? Sözlər çox vacibdir. Ona görə də, söz, mahnı yazanda, deyəndə, rəqs edəndə, efirdə özünü aparmağına diqqət yetirməlisən. Çünki sosial şəbəkələr var, üstündən 50 il keçəcək, baxıb utana, peşiman ola bilərsən.
“Gərək o sözü işlətməzdim...”
- Ədalət Şükürov atdığı hansısa addıma, yaxud dediyi hansısa sözə görə indiyədək peşman olubmu
- Mahnıya görə yox, amma efirdə işlətdiyim ifadəyə görə peşıman olmuşam. Evə gələndən sonra, özümü danlamışam ki, gərək o, sözü işlətməzdim.
“Müğənni 10 il eyni ayaqqabı geyinməlidir?”
- Sizi şou-biznesin zənginlərindən sayırlar. Bu, gerçəkdən belədirmi?
- Əgər hər hansısa məbləğdə pulun, yaxud varın varsa, o demək deyil ki, hər kəsdən varlısan. Kimlərəsə görə, varlıyam, amma digərlərinə görə isə əksinə...Anlamıram, nə istəyirlər, müğənni bir otaqlı evdə yaşamalıdır? 10 il eyni ayaqqabı geyinməlidir? İllərlə köhnə avtomobilini idarə eləməlidir? Bu, normal yanaşma deyil axı...
2 evim, 1 bağım, 3 avtomobilim var. Deməzdim ki, böyük bir şeydir.
“Bir çox biznesmenlər mənim bildiyimin heç yarısını bilmir..”
- Ədalət Şükürov biznesdə də musiqidəki qədər uğur qazana bilirmi?
-Allah eləsin ki, bir çox incəsənət adamları mənim kimi biznesi idarə etməyi bacarsın. Bir çox biznesmenlər mən bildiyimin heç yarısını bilmirlər. Təkliflər çox olur, amma tutrlısı yoxdur deyə diqqətimi çəkmir. Böyük, nəhəng iş olsa, məmnuniyyətlə məşğul olaram.
- Ədalət Şükürov daim ailəsini gözlərdən, televiziyalrdan, sosial şəbəkələrdən gizlədir. Buna səbəb nədir?
-Onları göstərməyə nə ehtiyac var? Əgər insanlara mən maraqlıyamsa, gündə efirdəyəm, baxsınlar. Mənə görə, ailə çox məxfi məsələdir. Adam var, ailəsini, həyat yoldaşını, uşaqlarını göstərir bu, onun şəxsi işidir. Uşaqlar balaca olanda kliplərimdə çəkiliblər. Bir az böyüyəndən sonra özləri istəmirdilər. Çünki məktəbdə onlardan nəsə istəyirlər, deyirlər, avtoqraf gətir, şəkil ver, filan. Elə uşaqlar var, özləri buna maraqlıdır, bizimkilər, əksinə. Mən ailəmlə fəxr edirəm. Həyat yoldaşım ali təhsillidir, çox yerlərdə çalışıb, ali məktəblərinin birində dərs deyib...
İncəsənət adamlarının tədbiri, toyu, məclisi olanda onunla bir yerdə gedirəm.
“150.000 -170.000 minlik avtomobilim...”
- Bayaq dediniz, üç maşınınız var. Sirr deyilsə, sürdüyünüz avtomobilin markası nədir və dəyəri nə qədərdir?
- Mercedes S Class, dəyəri isə vaxtında 150.000-170.000 olub.“Ağır cavab verərəm..”
- “Maşın Şou”-da heç vaxt iştirak etməmisiniz. Səbəb?
- Özümü yaxşı tanıdığımdan getmirəm. Birincisi vaxtım yoxdur, ikincisi də xasiyyətim tünddür, dözməyib ağır cavab verə bilərəm. İstəmərəm ki, tamaşaçılar mənim o, tərəfimi görsünlər və hansısa sənət dostumla əlaqələrim pozulub, düşmən olum.
“İşinizə elə qarışaram ki...”
- Təhsil üzrə ekspert İntiqam Əliyev şəxsi “Facebook” profilində sizinlə bağlı kəskin status yazıb. Bildirib ki, “Məmləkətdə səsi olmayıb amma müğənni kimi böyük populyarlıq və nüfuz qazanmış adamlardan biri də Ədalət Şükürovdur”. Bu fikrə münasibətiniz?
-Təhsil eksperti getsin, öz işiylə məşğul olsun. Təhsildə min dənə problem var. Əgər onu görmürsə, zəng etsin, mən deyim. Məsələn, ucqar kəntlərdə məktəblərdə yoxlannış aparsın. Belə problemlərlə məşğul olsun. Mən onu heç tanımıram, bilmirəm haranı bitirib. Biz də savadlıyıq, alimik, ondan geri qalmırıq. Mahnılarımı yazıram, oxuyuram, heç kimin də işinə müdaxilə eləmirəm. Təhsil Nazirliyinin də işinə qarışmıram. Amma elə qarışaram ki...
Sevda Bayramova
Video-foto -Fərid Şabanov, Adil Ağayev