Tramp bu ölkəyə hərbi yardımı dondurdu - RÜŞVƏT SƏVİYYƏSİ YÜKSƏKDİR
    • 24-09-2019, 18:25
    • 811

Tramp bu ölkəyə hərbi yardımı dondurdu - RÜŞVƏT SƏVİYYƏSİ YÜKSƏKDİR

ABŞ prezidenti Donlad Tramp gözlənilməz qərar qəbul edib.

News24.az "The Washington Post"a istinadən xəbər verir ki, D.Tramp Ukraynaya ediləcək 400 milyon dollarlıq hərbi yardımı ölkədə rüşvət səviyyəsinin yüksək olmasına görə bir müddətlik dondurub. 

Donald Trump, Ağ Ev aparatı rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Mik Mulvaniyə bu barədə əmr verib.