Arvadı 650 min avronu sərhəddən qanunsuz keçirmək istəyən general istefa verdi
    • 24-09-2019, 21:53
    • 782

Arvadı 650 min avronu sərhəddən qanunsuz keçirmək istəyən general istefa verdi

Ukrayna Milli Polisinin rəhbəri polis generalı Sergey Knyazev istefa verib.

News24.az “RİA Novosti" xəbər verir ki, bu barədə general özü brifinq keçirib.

O, bildirib ki, vəzifəsini və xalqa xidmət etməyi çox sevsə də, istefa verməyə məcburdur və bununla bağlı Daxili işlər nazirinə rəsmi məktub yollayıb.

Qeyd edək ki, ötən həftə yerli mətbuatda onun həyat yoldaşının deklarasiya olunmamış 650 min avronu sərhəddən keçirmək istərkən polşalı sərhədçilər tərəfindən saxlanılması haqqında xəbərlər yayılmışdı.

Knyazev istefasının bununla əlaqəli olub-olmaması ilə bağlı açıqlama verməyib.