Övladlığa götürülən 6 yaşlı uşağın ƏSL YAŞI ŞOK ETDİ - QƏTLİAMA HAZIRLAŞIRMIŞ- VİDEO
    • 25-09-2019, 11:25
    • 1 385

Övladlığa götürülən 6 yaşlı uşağın ƏSL YAŞI ŞOK ETDİ - QƏTLİAMA HAZIRLAŞIRMIŞ- VİDEO

9 il öncə 6 yaşlı uşağı övladlığa götürən cütlük şok yaşayıb.

News24.az "Daily Mail"ə istinadən xəbər verir ki, Kristina və Maykl adlı cütlük bir müddət sonra qəribə hadisələrlə qarşılaşıb. Uşağı həkim müayinəsinə aparan valideynlərə qızın əslində ən azı 14 yaşının olduğunu, onun şəxsiyyət ikiləşməsindən əziyyət çəkdiyini və liliput olduğunu bildirilib. Daha sonra isə azyaşlı adı ilə övladlığa götürülən qızın 22 yaşılı xanım olduğu ortaya çıxıb. 

Hadisə ilə bağlı polisə müraciət edən Kristina qızın onun kofesinə xlor tökdüyünü bildirib. O, həmçinin övladlığa götürdükləri qızın ailə üzvlərini öldürərək, həyətdə basdırmaq haqda planlar qurduğunu da iddia edib. 

Lakin, iddialara baxmayaraq polis cütlüyə inanmayıb.