-
- 25-09-2019, 13:59
- 917
Polislərimiz QAN VERDİ - FOTO
Polislər qanvermə aksiyasında fəal iştirak edib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, ötən gün B.Eyvazov adına respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun rəhbərliyinin təşəbbüsü ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Talassemiyalı və Hemofiliyalı xəstələrə dəstək məqsədi ilə qanvermə aksiyası keçirib.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları aksiyada fəallıq göstərib və xəstəlikdən əziyyət çəkən insanlara könüllü qanvermənin xeyirxah iş olduğunu bildiriblər.
Onlar belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, hər kəsi qanvermədə iştirak etməyə səsləyiblər.
Aksiyada yığılan qan ehtiyatı xəstə insanların müalicəsində istifadə olunacaq.