-
- 26-09-2019, 14:42
- 1 769
Rasim Balayevdən aktyorlara: "Bu nə xuliqanlıqdır edirsiz" - FOTO - VİDEO
Ötən gün Bakıda "Əlvida, Şmidt" adlı bədii filminin qala gecəsi keçirilib.
News24.az xəbər verir ki, gecəyə yerli məşhurlar qatılıblar.
Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan" studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.
Ekran əsərinin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.
"Əlvida, Şmidt" filmində baş rolda Azər Aydəmir, Rasim Cəfər və Gürcüstanlı aktrisa Mariam Kitia çəkiliblər. Bununla yanaşı həmçinində Xalq artistlər Rasim Balayev, Rafiq Əliyev və Qurban İsmayılov da yer alıblar.
Qeyd edək ki, filmdə Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsindən bəhs olunur.
Sevda Bayramova
Foto: Fərid Şabanov