Rasim Balayev və Fəxrəddin Manafov yeni
    • 18-01-2020, 16:23
    • 2 081

Rasim Balayev və Fəxrəddin Manafov yeni "20 YANVAR" FİLMİNDƏ - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş bədii film çəkilir.

News24.az xəbər verir ki, gələn il təqdimatı nəzərdə tutulan ekran işi faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimiz haqqında aydın fikir formalaşdıracaq.

Bədii film tanınmış yerli və xarici aktyorlarının iştirakı ilə təcrübəli kino mütəxəssisləri tərəfindən çəkilir. Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, bədii rəhbəri və eyni zamanda baş rollardan birini canlandıran Xalq artisti Fəxrəddin Manafovdur.

Filmdə əsas rollardan birini də Xalq artisti Rasim Balayev canlandıracaq. Ekran işinin quruluşçu operatoru Avropanın aparıcı mütəxəssislərindən biri latviyalı Qint Berzinş, quruluşçu rəssamı isə Gürcüstanın tanınmış incəsənət xadimi Mamuka Esadzedir.