-
- 26-09-2019, 19:16
- 924
Tanınmış aktyordan ETİRAF: "....Bu bazardır" - VİDEO
"Sənətim ilə bağlı yerli filmləri izləyirəm, çünki buna məcburam. Bu həm sənətdir, həm də hardasa bazar. Ona görə də sənətdən və bazardan məlumatlı olmağım üçün mütləq yerli ekran əsərlərini izləməliyəm və hər kəsə töfsiyə edirəm".
Bunu News24.az-a açıqlamasında aktyor Azər Aydəmir deyib: "Bu film uşaqlığımızın xatirəsidir. "Mozalan" studiyasının ilk bədii filmidir. Bu gündən etibarən "Mozalan" tammetrajlı bədii filmlərin istehsalına başladı. Bizim üçün böyük hadisədir. Özəl sektorda komediya, satira janrında ekran əsərləri çəkilirdi, amma Mədəniyyət Nazirliyi bundan geridə qalmışdı. Film insanlarda vətən sevgisini aşılayır. Ola bilsin ki, müəyyən məsələlər sizin xoşunuza gəlməsin, amma bunun da bir çarəsi var. Həyata düz istiqamətdə baxsanız görəcəksiniz ki, Azərbaycan çox gözəl, əsl yaşanılmalı ölkədir".
Ekran əsərinin qəhrəmanı bu ilin istehsalı olan və baş rollardan birini də məhz özünün oynadığı "Əlvida, Şmidt" filminin büdcəsindən də danışıb: "Filmin büdcəsi o qədər də böyük deyil. Bu isə o deməkdir ki, qısa büdcəyə maraqlı film çəkmək olar. Əsas ssenaridir, beyindir və yaradıcı heyətdir. Bu isə hazırda kinematoqrafçıların ən böyük problemidir. Gənclərə yol açmaq lazımdır. "Əlvida, Şmidt" filminin əsas özəlliyi isə ondan ibarətdir ki, burada xalq və əməkdar artistlər çəkiliblər. Filmin əsas məqsədi sənətkarlarımızı tarixə həkk edib, gələcək nəsillərə ötürməkdir. Onlarla çalışmaq böyük təcrübədir, çox şeyi öyrəndik".
Qeyd edək ki, "Əlvida, Şmidt" filmi Bakıdan Xanlar rayonu istiqamətində olan bütün bölgələrdə lentə alınıb. Bunlar Bakı, Kürdəmir, Mingəçevir, Gəncə və Göygöldür.
Sevda Bayramova
Video: Fərid Şabanov