Bakıda 43 yaşlı kişi futbol OYNAYARKƏN ÖLDÜ
    • 26-09-2019, 11:16
    • 633

Bakıda 43 yaşlı kişi futbol OYNAYARKƏN ÖLDÜ

Bakıda ölüm hadisəsi baş verib.

Binəqədi rayon ərazisində stadionların birində futbol oynayarkən 1976-cı il təvəllüdlü Nağıyev Emin Gülbala oğlunun anidən ürəyi tutub.

E.Nağıyev Klinikli Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Binəqədi şöbəsinə təhvil verilib. /apa.az/