Təhsil Nazirliyi İŞÇİ AXTARIR
    • 26-09-2019, 11:26
    • 967

Təhsil Nazirliyi İŞÇİ AXTARIR

Təhsil Nazirliyi yeni işçilərin qəbulu ilə bağlı müsahibə elan edib. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, bəzi vəzifələr üçün daxili müsahibə başlayır. Müsahibədə Azərbaycan Respublikası Təhsil Nazirliyində inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibə “Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi”, “Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri” vakansiyaları üzrə elan olunub. Müsahibə zamanı iştirak edən dövlət qulluqçularının bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək.  

Müsahibədə iştirak etmək üçün ərizələrin oktyabrın 5-i tarixinədək qəbul olunacaq.