-
- 26-09-2019, 12:46
- 752
Oktyabr çağırışına hazırlıq işləri yekunlaşır
Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq çağırışa hazırlıq işləri yekunlaşır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən News24.az-a verilən məlumata görə, Xidmətin yerli idarə, şöbə və bölmələrində çağırışçıların öyrənilməsi işləri aparılır. Çağırışa cəlb olunan gənclər hərbi həkim komissiyalarında mütəxəssislər tərəfindən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların isə ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur. Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmətə hazırlıq prosesində böyük həvəslə iştirak edirlər. Həmçinin hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölünməsindən sonra onların həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunması həyata keçirilib.
Sentyabrın 24-də çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılıblar. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.