Milli Məclis Rafael Cəbrayılovun mandatından imtinası ilə bağlı TAPŞIRIQ VERDİ
    • 30-09-2019, 13:00
    • 889

Milli Məclis Rafael Cəbrayılovun mandatından imtinası ilə bağlı TAPŞIRIQ VERDİ

Milli Məclisin sədri Oqtay Əsədov deputat Rafael Cəbrayılovun mandatından imtina etməsinə dair müraciəti ilə əlaqədar tapşırıq verib.
 
News24.az APA-ya istinadən xəbər verir ki, bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib. 
 
O. Əsədov S. Mirzəyevə tapşırıb ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilsin. 

Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.
R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.