Qadın bankaların üzərinə yıxıldı, qarnı deşildi
    • 26-09-2019, 21:59
    • 1 199

Qadın bankaların üzərinə yıxıldı, qarnı deşildi

Samuxda qadın şüşə bankalarının üzərinə yıxılıb. 

News24.az xəbər verir ki, rayonun Qarayeri kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynova Elnarə qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyata götürülüb. Yaxınları bildirib ki, qadın ehtiyatsızlıq nəticəsində qış üçün tərəvəz konservləşdirmək üçün yığdığı şüşə bankaların üzərinə yıxılıb və şüşə qırıqları onun qarnını deşib.

Faktla bağlı araşdırma aparılır.