Samuxda ər arvadını döyüb xəstəxanalıq etdi
    • 25-10-2019, 19:16
    • 1 321

Samuxda ər arvadını döyüb xəstəxanalıq etdi

Samuxda döyülmə faktı qeydə alınıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qarayeri kənd sakini, 1976-cı il təvəllüdlü N.Ə-va müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.