-
- 27-09-2019, 10:20
- 841
Türkiyə İrandan neft və qaz almağa davam edəcək - Ərdoğan açıqladı
"Hazırda İranla iqtisadi əlaqələrimizi həm neft, həm də qaz sahəsində dayandıra bilmərik..."
News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Türkiyəyə dönərkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında deyib. O, Türkiyədə olan bir çox özəl şirkətin Amerikadan çəkindiyini də bildirib: "Nefti özəl şirkətlərimiz alırdı. Təəssüf ki, ABŞ-ın təhdidlərindən qorxduqları üçün indi neft almırlar. Ancaq biz bundan sonra da davam edəcəyik bu və bir çox digər məsələlərdə İranla münasibətləri davam etdirəcəyik".
O əlavə edib ki, Türkiyə və İran prezidentləri milli valyutaların istifadəsini artırmaqla ticarətin 7,5 milyard dollardan 30 milyard dollaradək artırılmasını qarşıya məqsəd qoyublar.