Azərbaycanda məktəb yandı
    • 27-09-2019, 10:37
    • 720

Azərbaycanda məktəb yandı

Qaxda məktəb yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Qax rayonunun Marsan kəndində ümumi sahəsi 3200 m2 olan ikimərtəbəli məktəb binasının birinci mərtəbəsində yerləşən idman zalının döşəməsi 2 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.