Masallıda ikimərtəbəli ev yanıb
    • 15-07-2019, 10:38
    • 1 097

Masallıda ikimərtəbəli ev yanıb

Masallıda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 224 m² olan ikimərtəbəli evin mətbəxinin lambirindən ibarət tavanı 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.