İstanbul sona yaxınlaşır - RƏSƏDXANA RƏSMİSİNDƏN DƏHŞƏTLİ AÇIQLAMA

İstanbul sona yaxınlaşır - RƏSƏDXANA RƏSMİSİNDƏN DƏHŞƏTLİ AÇIQLAMA Dünya
Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu direktoru Dr. Haluk Özener dəhşətli açıqlama edib.

News24.az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, H.Özener zəlzələnin miqyası, nə vaxt olacağı ictimaiyyət qarşısında müzakirəsinin düzgün olmadığını bildirib: "Hazırda enerji yığılır və o çıxmalıdır. Sizə deyə bilərəm ki, sona yaxınlaşırıq, ancaq vaxt olacağını bilmirik.

Mərmərədəki zəlzələlərin 7 bal və daha çox olacağı elmi həqiqətdir. 5.7 bal gücündə bir zəlzələnin olması Mərmərədə təhlükənin olmadığı demək deyil. Kaş ki, bu qədər asan olardı. Kaş ki zəlzələlər heç olmasaydı".