Avtomobil ata və azyaşlı oğlunu vurdu: uşaq öldü
    • 5-07-2018, 11:21
    • 2 165

Avtomobil ata və azyaşlı oğlunu vurdu: uşaq öldü

Qəbələ rayonunda  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
 Hadisə ötən gecə Qəbələ-Ağdaş yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Ağdaş sakini, hazırda Bakıda yaşayan 1982-ci il təvəllüdlü Mustafayev Viyanur Ətraf oğlu idarə etdiyi 10-SZ-127 dövlət nömrə nişanlı, “Opel Astra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadaları - Hacallı kənd sakini, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlunu və onun 6 yaşlı oğlu Rövşən Haqverdiyevi vurub. Hadisə zamanı 2012-ci il təvəllüdlü Rövşən Haqverdiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, atası isə xəsarət alaraq Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
 
 
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

//APA