İtkin düşən 2 ayın gəlini studiyaya gəldi
    • 27-09-2019, 22:40
    • 718

İtkin düşən 2 ayın gəlini studiyaya gəldi

Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə “Səni axtarıram” verilişinin növbəti buraxılışı efirə gedib.

News24.az xəbər verir ki, verilişdə bu dəfə də həyacanlı anlar yaşanıb. Belə ki, təzə ailə qurmuş Müjgan Məmmədli adlı gəlin evdən qaçıb. 2 aydı axtarılan Müjgan  sonunda Bərdə rayonundan tapılaraq studiyaya gətirilib.

O, bildirib ki, ər evində ona əziyyət veriblər. Dəfələrlə anasına gəlib şikayət etsə də, çıxıb gəlmək istəsə də ailəsi onu yenidən öz evinə yollayıblar. Son çarəni qaçmaqda görən gəlin, qızıllarını da  götürərək evdən qaçıb.

“Axşam olanda qaynanam, qaynatam və həyat yoldaşım spirtli içki içib, məni döyürdülər. Sonuncu dəfə məni ərim döydü, sonra qaynanam da məni evə salıb möhkəm döydü. Səhəri oğlanın əmisigilə gedib şikayət etdim. Yenə anamgilə gəldim, amma yenə rədd edildim”.