"Səni axtarıram"ın pərdəarxası — Gərgin anlar yaşandı - VİDEO
    • 28-09-2018, 16:15
    • 2 219

"Səni axtarıram"ın pərdəarxası — Gərgin anlar yaşandı - VİDEO

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" proqramının dünənki buraxılışından sonra gərgin anlar yaşanıb.

Hazırda axtarışları davam edən Hacıyev Elçinin anasıyla oğlunun itməsində şübhəli bilərək ittiham etdiyi şəxslər arasında mübahisə düşüb.

E.Hacıyevin anası oğlunun keçmiş dostlarına xoşagəlməz ifadələr deməkdən belə çəkinməyib. X.Hidayətqızının müdaxiləsindən sonra qadını sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Hacıyev Elçin Eşad oğlu 8 aprel 1986-cı ildə Gürcüstanın Dmanisi rayonunun Dağ Arıxlı kəndində anadan olub. 2017-ci ilin sentyabr ayının 3-də Dubaya gedib.
//ölkə.az