-
- 28-09-2019, 12:48
- 3 211
“Şagirdlər və müəllimlər təhlükədədir”- Tovuzdan məktəb direktoru
“Məktəbin binası çox bərbad vəziyyətdədir. Hər an tavan şagirdlərin başına uça bilər”.
Bu sözləri Tovuz rayonu Araz Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbinin direktoru Rəhilə Həsənova News24.az-a açıqlamasında bildirib. Qeyd edək ki, sosial şəbəklərdə əsaslı təmirə ehtiyacı olan məktəbin görüntüləri yayılıb. Görüntülərin qəzalı məktəbə aid olduğunu təsdiq edən direktorun dediyinə görə, təhsil ocağında şərait bərbaddır: “Məktəbin tavanının piltələri aralanıb, aşağı sallanıb. Həmin aralıqlardan siniflərə toz-torpaq tökülür. Yağış yağanda isə vəziyyət daha da ağırlaşır. Dam örtüyü bir müddət əvvəl yüngül düzəldilsə də, heç vaxt əsaslı təmir olunmayıb. Burda 304 şagird təhsil alır. Yüngül zəlzələ olsa, məktəb başımıza uçacaq”. Direktor onu da qeyd edib ki, əsaslı təmirlə yanaşı, məktəbin yeni avadanlıqlara da ehtiyacı var: “Mövcud şəraitlə əlaqədar rayon icra hakimiyyətinə və Fövqalədə Hallar Nazirliyinə müraciət edəcəyik. Həmin qurumlardan komissiya təşkil olunmasını və məktəbin vəziyyətinə baxış keçirilməsini istəyəcəm. Çünki məktəbimizdə şagirdlər və işçilər üçün ciddi təhlükə var. Qəzalı vəziyyət hər gün daha da artır”.
Mövzu ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirildi ki, Tovuz rayonu Araz Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbinin yenidən tikintisi və ya təmir və bərpa işlərinə növbəti illərin dövlət investisiya proqramında baxılacaq: «Bildiririk ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Tovuz rayonunda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işləri davam etdirilir. Qeyd olunan Proqram çərçivəsində Yanıqlı kənd 2 nömrəli tam orta, Qovlar şəhər 2 nömrəli tam orta və Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəblərin tikintisi planlaşdırılır. Həmçinin, Almalı tala kənd, Mollaayrım kənd, Şıxheybət kənd, Qonaqlı kənd və Göyəbaxan kənd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur. Böyük Qışlaq Şamlıq və Güvəndik kəndlərində modul tipli məktəblər artıq quraşdırılıb. Proqrama əsasən, A.Sadıqov adına İbrahimhacılı kənd, Qədirli kənd və Qaraxanlı kənd tam orta məktəblərinin əsaslı təmiri də nəzərdə tutulur. Aşağı Quşçu kənd tam orta məktəbinin təmir işlərinə artıq başlanılıb. Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni binanın inşasına başlanılıb. Qeyd edək ki, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bugünədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Yeni tədris ilində 43 məktəb binası istifadəyə verilib, digər 41 məktəb isə ilin sonunadək təhvil veriləcək”.
Afaq Mirayiq