Oğluna "Cihad" adını qoymağa icazə vermədilər
    • 28-09-2019, 19:10
    • 856

Oğluna "Cihad" adını qoymağa icazə vermədilər

Fransanın Dijon şəhərinin məhkəməsində uşağa "Cihad" adının qoyulmasına icazə verilməyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaq 2018-ci ilin noyabr ayında dünyaya gəlib. Məhkəmədə bildirilib ki, "Cihad" İslam terrorçu hərəkatlarına verilən addır, və bu ad gələcəkdə uşağın maraqlarına təsir edə bilər. Beləliklə, uşağa "Cahid" adı qoyulub.

Qeyd edək ki, "Cihad" islam dünyasında inam uğrunda mübarizə deməkdir. Lakin son zamanlar "Cihad" sözü terrorçu qruplaşmalar tərəfindən dini təbliğ etmək üçün istifadə edilir.