-
- 28-09-2019, 22:36
- 762
Körpələr düzgün qidalanmadığı təqdirdə bir sıra xəstəliklərə səbəb olur
Körpələrin sağlam inkişafında qidalanmanın böyük əhəmiyyəti var. Ona görə də valideynlər övladlarının qida rejiminə, düzgün qidalanmasına və qəbul etdikləri ərzaqların keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər.
News24.az xəbər verir ki, uşağın sağlamlığı genetik amillərlə yanaşı, həm də düzgün qidalanma, təmiz ətraf mühit və sosial amillərə bağlıdır. Belə ki, düzgün qidalanmamaq qanazlığı, raxit, qəbizlik, piylənmə kimi bir sıra xəstəliklərə səbəb olur. Aparılan araşdırmalar göstərir ki,
beyində yetərincə sinaptik əlaqə əmələ gəlməsini təmin etmək üçün valideynlərin, uşaqla məşğul olan insanların, xüsusilə, ilk üç ildə stimuləedici yanaşmaları vacibdir.