-
- 6-11-2019, 13:26
- 758
Nazir müavinindən uşaq qidası satan şirkətlərə - İTTİHAM
Səhiyyə Nazirliyi dövlət doğum evlərində valideynlərə uşaq qidalarının satılması barədə məlumatlara münasibət bildirib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin siyasətinin əsas xətlərindən biri körpələrin qidalandırılmasında ana südünə üstünlük verilməsidir.
Nazir müavini qeyd edib ki, uşaq qidalarının satışı və reklamı ilə məşğul olan bəzi şirkətlər bu sahədə düzgün təbliğat aparmırlar.
E.Ağayev həkimlərə tövsiyə edib ki, onlar yenidoğulanların qidalanmasına diqqət etsinlər: "Körpələrin ana südü ilə qidalandırılması daim müvafiq qurumlar tərəfindən geniş təbliğ olunur. Burada həmçinin Səhiyyə Nazirliyi ilə yanaşı ictimaiyyət və mətbuat da iştirak etməlidir"./report/