-
- 29-09-2019, 16:03
- 953
Qadını oğurluq etdiyinə görə soyundurdular
Peruda yerli sakinlər oğurluq edən qadını adət-ənənələrinə uyğun olaraq cəzalandırıblar. Qəzəblənmiş kütlə qadını küçə ticarətçisindən 450 dollar oğurladığını iddia edərək onu zorla soyundurublar.
News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, insident Puno şəhərində qeydə alınıb. Görüntülər sosial şəbəkədə yayımlanıb.
Kadrlarda görünür ki, bir qrup insan qadını soyundurur və onun boynundan "Mən oğruyam, bil, kiməm mən" sözləri yazılan lövhəni asır və küçədə irəliləməyə məcbur edirlər.
Qeyd edək ki, hadisədə asayiş keşikçisi də iştirak edib və o, buna müdaxilə etməməyi qərara alıb.