Sürücülərə bəd xəbər: RÜSUM ARTIRILDI
    • 30-09-2019, 14:49
    • 832

Sürücülərə bəd xəbər: RÜSUM ARTIRILDI

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

News24.az xəbər verir ki, qanun layihəsini komitə sədri Ziyad Səmədzadə təqdim edib.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsinin alıcısının tələbi ilə onun texniki baxışdan keçirilməsi üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

Qanun 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.