Rusiya hərbçilərinin Suriyada öldürdükləri dinc əhalinin sayı açıqlandı - ÇOX SAYDA UŞAQ VAR
    • 1-10-2019, 09:55
    • 750

Rusiya hərbçilərinin Suriyada öldürdükləri dinc əhalinin sayı açıqlandı - ÇOX SAYDA UŞAQ VAR

Rusiyanın 2015-ci ildə Suriyada başlatdığı antiterror əməliyyatından indiyədək ölən dinc əhalinin sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidəsi məlumat yayıb.

Hesabatda ölən 8289 nəfərdən 1997-ninsinin uşaq, 1255-nin qadın, 5037-nin isə kişi olduğu bildirilib.

Təşkilat onların Rusiya hərbi təyyarələrin ərazini bombalaması zamanı öldüklərini iddia edib. SİHM yaydığı hesabatda həmçinin  5244 terrorçu və 5485 üsyançının da zərərsizləşdirildiyi yer alıb.