Suriyada 20 min uşaq öldürülüb
    • 6-09-2018, 15:30
    • 833

Suriyada 20 min uşaq öldürülüb

Türk Silahlı Qüvvələrinin 12 müşahidə mərkəzinin yerləşdiyi Suriya-İdlibdə vəziyyət yenidən gərginləşib. Rus təyyarələri sözügedən ərazini havadan atəşə tutublar.

News24.az
-ın əldə etdiyi məlumata görə, Türkiyə tərəfi müharibə başlayandan bu günə qədər, yəni 8 il ərzində burada ölən uşaqların sayının 20 minə çatdığını iddia edib. Yaralanan uşaqların sayının isə söylənilən rəqəmdən təxminən iki dəfə çox olduğu bildirilib. Elə təkcə bu ay 66 uşağın öldürüldüyü bildirilir. 8,6 milyon uşaq isə son dərəcə yoxsulluq və məhrumiyyət içərisində yaşayır.

Şəlalə Ağayeva