Astarada avtomobil aşdı -  1 NƏFƏR ÖLDÜ
    • 1-10-2019, 10:20
    • 731

Astarada avtomobil aşdı - 1 NƏFƏR ÖLDÜ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Astara rayonunun Kijəbə kəndi ərazisində “LADA” markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.